DSX Akademiyasının inzibati binasında baş verən yanğının fəsadları aradan qaldırılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında baş verən yanğının fəsadları qısa müddətdə aradan qaldırılıb.
BAKU.WS xəbər verir ki, Akademiyanın damında qısa qapanmadan baş vermiş yanğından sonra bina təmir olunub.
Qeyd edək ki, dekabr ayının 6-da saat 16:40-da Dövlət Sərhəd Xidməti Akademiyasının əsas korpusunda yanğın hadisəsi baş verib. Akademiyanın şəxsi heyəti tərəfindən yanğının lokallaşdırılması və söndürülməsi üzrə ilkin zəruri tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin “102” qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib. Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.
Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmayıb.
Oxşar xəbərlər
DSX-nin Akademiyasında baş verən yanğın söndürülüb - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərh...