Dövlət Departamenti: Qarabağdakı qondarma seçkiləri tanımırıq - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçilərın keçirdiyi “seçkilər”i tanımadığını açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller
" target="_blank" rel="noopener external noreferrer">brifinqdə bildirib.
“Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma prezident seçkilərinin nəticələrini tanımırıq”, - sözçü qeyd edib.
Diplomat həmçinin Vaşinqtonun Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəklədiyini xatırladıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...