Diqqət! Saat 00:00-dan -7:00-dək bunu edənlər böyük məbləğdə cərimələnəcəklər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yüksək musiqi sədaları altında maşın idarə edən sürücülər böyük məbləğdə cərimə edilə bilərlər.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, həmin şəxslər 150 manatdan 2 min 500 manatadək məbləğdə cərimə oluna bilərlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan ifa etməyə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-fiziki şəxslərə yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərə iki min manatdan iki min beş yüz manatadək məbləğdə inzibati tənbeh tədbiri tədbiq edilir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...