Azərbaycanda mənzillərində səs-küy salanlar böyük məbləğdə cərimə olunacaqlar

Azərbaycanda mənzillərində səs-küy salanlar böyük məbləğdə cərimə olunacaqlar
Sosial 1495

 

Azərbaycanda məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə cərimələr artırılır.

BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, cərimələrin artırılması yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb. 

Layihəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən səhər 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə cərimə ediləcək.

Xatırladaq ki, hazırda belə qayda pozuntusuna görə xəbərdarlıq edilir və ya 30 manatdan 50 manatadək miqdarda cərimə edilir.

Qeyd edək ki, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hələlik layihə formasındadır. Milli Məclis qəbul edərsə, yeni məcəllə 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək. 

BAKU.WS

Son xəbərlər