Dilarə Kazımova bu bəyin nəvəsi imiş - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Bir bacım var, məndən böyükdür. Bizim çox gözəl münasibətimiz var. O, titr-animatordur. Onunla bir-iki klip çəkmişdik. Mənə Kopenhagendə çox dəstək olmuşdu".
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova deyib.
"Ulduzla" proqramına qonaq olan ifaçı ilk dəfə bəy nəslindən olduğunu açıqlayıb:
"Biz incəsənət ailəsində böyümüşük. Mənim babam, Dadaş Kazımov aktyor idi. Onun Azərbaycan filmlərində bir çox epizodları var. Məsələn; “Təhminə və Zaur” filmində, “Zaur, gəl nərd oynayaq”, - deyən adam mənim babamdır.
Nənəmin atası çox məşhur adam idi. Onun adı Məşədi Hilal Kazımov idi. Adına küçə də var. Mən bəy nəvəsiyəm. Nənəm həmişə mənə deyirdi ki, “Sən bəy nəvəsisən”.
Qeyd edək ki, Məşədi Hilal Kazımov 1918-ci il mart hadisələrinin iştirakçısı olub.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...