“Danışaq?” layihəsinin qonağı Eldar Mansurov: “Bu, artıq mənim Bakım, mənim insanlarım deyil” - VİDEO

Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında izləyicilərə daha bir maraqlı videomüsahibə təqdim edib.
Ənənəvi cümə podkastının budəfəki qonağı tanınmış bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq artisti Eldar Mansurovdur.
Söhbət zamanı qlobal istiləşmədən, Xəzər dənizinin dayazlaşmasından tutmuş, Azərbaycan və rus bölmələrinin qarşıdurmasına, dünya siyasətindən, Ukrayna müharibəsi, üçüncü dünya müharibəsi təhlükəsinə, “Qarabağnamə” baleti və teatrdan televiziya və musiqi kimi ən müxtəlif mövzulara toxunulub.
Həmid Həmidovla söhbəti zamanı Eldar Mansurov həmçinin kim üçün musiqi yazdığını, “YouTube” kanalından, rokdan, gənc bəstəkarlardan, titullardan danışıb, cəmiyyətdə onu narahat edən məsələlərdən, 50 ildə baş verən dəyişikliklərdən, həyatın mənasından və s. bəhs edib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...
