İcra başçısının Vətən müharibəsi barədə kobud səhv edən direktor arvadı işdən çıxarıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şagird, valideyn və müəllim kollektivi qarşısında çıxış edərkən 27 sentyabr - Anım Gününə “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə “24 günlük müharibə” deyən direktor işdən çıxarılıb.
BAKU.WS Oxu.Az-ın əldə etdiyi məlumata əsasən xəbər verir ki, 217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova bir neçə gün əvvəl vəzifəsindən kənarlaşdırılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğuya cavab olaraq direktorun işdən çıxarılması ilə bağlı məlumat təsdiqlənib.
Qeyd edək ki, B.Cəfərova saytımıza açıqlamasında bildirmişdi ki, qan təzyiqi yüksək olması səbəbindən çıxışında 44 günlük Vətən müharibəsini “24 günlük Vətən müharibəsi” kimi ifadə edib.
Xatırladaq ki, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktə...