Çökən yolun 30 metr dərinliyindən VİDEO

Çökən yolun 30 metr dərinliyindən VİDEO
Video
Video 3475
Bakının Nobel prospektində yolun hərəkət hissəsində çökmənin səbəbi müəyyənləşib. Araşdırmalar nəticəsində məlum olub ki, yolun altında qrunt suları axır.BAKU.WS xəbər verir ki, "Real TV” yerin 25-30 metr dərinliyindəki su axıntısının görüntülərini əldə edib. Hazırda həmin yerdə "Azərsu” ASC-nin mütəxəssisləri işləyir.Hazırda "Nobel” prospektinin şəhərin mərkəzinə doğru hissəsində hərəkət zolaqlarından ikisi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları da hadisə yerində işləyirlər.Prospektdə avtomobillərin hərəkətinin tam bərpa olunacağı vaxt hələlik məlum deyil.İlkin məlumata görə, "Azərsu” ASC-nin əməkdaşları həftənin sonunadək işlərini başa çatdırmalıdırlar. Bundan sonra yolun çökən hissəsinin bərpasına başlanılacaq.BAKU.WS

Oxşar xəbərlər

“Nobel”dəki yol yenə çökdü

“Nobel”dəki yol yenə çökdü

Nobel prospektində bərpa olunan yol yenidən çöküb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli hadisə ilə bağlı “Qafqazinfo”ya...

752 Hadisə 11:32 03 yanvar 2019

Son xəbərlər