Cəlilabada yağan qar fəsadlar törədib, kəndlərlə əlaqə kəsilib - VİDEO

21
fev
2021
17:47
Cəlilabad rayonunun dağ və dağətəyi yaşayış məntəqələrində yağan qar fəsadlar yaradıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, qarın qalınlığı 20 sm-ə çatıb.
Rayonun Buravar Badamağacı, Şatırlı, Əsədli, Ləkin, Musalı və ətraf kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Kənd sakinlərinin dediklərinə görə, sözügedən kəndlərlə rayon mərkəzi arasında əlaqə kəsilib.
Həmçinin Cəlilabad-Yardımlı yolunda da hərəkət dayanıb. Ərazidə həmçinin rabitə xətlərinin qırılması səbəbindən internet əlaqəsi kəsilib. Hazırda bu kəndlərdə şaxtalı hava hökm sürür.
Oxşar xəbərlər
Güclü qarın gətirdiyi problemlər - VİDEO
Ötən gündən başlayaraq ölkə ərazisində fasiləsiz qar yağmağa başlayıb. Yağıntı daha çox ucqar dağ kəndlərində müşahidə olunub. Cəlilabad rayon mərkəzində qarın...