Cavanşir Məmmədov: "Fəhlə bizdən yaxşı yaşayır" - VİDEO

Cavanşir Məmmədov: Fəhlə bizdən yaxşı yaşayır - VİDEO
Video
Video 13

Əməkdar artist Cavanşir Məmmədov yeni açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, "Gəl danış" verilişinə qonaq olan ifaçı sənətçilərin maddi durumunun yaxşı olmaddığını bildirib.

İfaçının "Fəhlə hər gün işləyir, müğənni isə bəzən aylarla işsiz qalır" sözləri isə studiyadakı hər kəsi təəcübləndirib:

"Kənardan elə görünür ki, müğənnilər lüks həyat yaşayır. Amma belə deyil. Müğənni iki ay məhərrəmlikdə, bir ay Ramazan ayında toya getmir. Azərbaycanlılar yanvar-fevral aylarında toy etmirlər ki, soyuqdur, heç kim gəlməyəcək. Təxminən, ilin yarısını işləmirik. Müğənni haradan pul qazanmalıdır? Fəhlə hər gün işləyir, müğənni isə bəzən aylarla işsiz qalır. Ustanın yanına gedirsən ki, bu əşyanı düzəlt. Deyir ki, gözlə, yemək yeyirəm, çay içirəm. Amma müğənni bunu deyə bilmir".

Ətraflı videoda:

Son xəbərlər