Cavanşir körpüsündə üç günlük araşdırmalar aparılır - SƏBƏB NƏDİR? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonu, Cavanşir yolötürücüsündə aparılacaq texniki yoxlamalarla əlaqədar olaraq 19, 20 və 21 oktyabr 2023-cü il tarixlərində saat 23:00-dan saat 23:15-ə qədər (15 dəqiqə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
BAKU.WS AzTv-yə istinadən xəbər verir ki, buna səbəb körpüdə aparılan texniki yoxlamalardır.
Layihə rəhbəri Möhsün Şükürov bildirib ki, müxtəlif aparatlar vasitəsi ilə körpünün möhkəmliyi yoxlanılır.
“Hazırda körpünün vəziyyəti ilə bağlı nə isə demək tezdir. Üç günlük monitorinqin sonunda qərar veriləcək”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...