Canlı yayımda gərgin anlar - Müğənni efiri tərk etdi - VİDEO

"Xəxəzər axşamı" verilişinin ötən axşam yayımlanan buraxılışında gərgin anlar yaşanıb.
BAKU.WS xəbər verir ki, canlı efir zamanı qonaqlardan biri müğənni Mənzurə Musayeva proqramı tərk edib.
Buna səbəb ifaçının özünün studiyada səsləndirdiyi canlı ifasını bəyənməməyi olub.
Aparıcı Mətanət Əlverdiyeva isə sənətçinin bu addımına belə reaksiya verib:
"Heç vaxt efirdə qonağıma hörmətsizlik etməmişəm. Bütün telekanallarda sizi aparıcıdan asılı vəziyyətə gətirirlər. Yeganə efir buradır ki, hamı bura rahat gəlir. Burada heç kim komandanı günahlandırmasın. Mənzurə xanım çıxıb getdi. Biz hamını gözümüz qaşımız üstündə gəzdiririk. Bizim mikrofonda texniki problem yoxdur. Əgər müğənni canlı oxuya bilmirsə bu nə mənim, nə redaktorun, nə də texniki heyətin günahı deyil".
Ətraflı videoda:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...