“Caliber”: Rusiya sülhməramlıları öz üzərilərinə həddən artıq “yük” götürmürlər ki? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın əvvəli ilk öncə Laçın yolu, daha sonra isə bölgədəki qızıl mədənləri ətrafında cərəyan edən hadisələr, daha doğrusu bu hadisələrlə bağlı Azərbaycan ərasizində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının davranışları mühüm bir məsələni aktuallaşdırdı.
Bu kontingentin funksiyası nədən ibarətdir və onların səlahiyyətləri hansı sənəddə öz əksini tapıb?
Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir.
“Gəlin Rusiya Sülhməramlı Kontingentinin ölkəmizdə necə peyda olmasını yada salaq. Heç kəs üçün sirr deyil ki, onların Qarabağa doğru istiqamətlənməsi hələ 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən üçtərəfli bəyanatın imzalanmasından daha öncə başlayıb. Əgər tərəflər hələ müvafiq sənədə imza atmamışdılarsa, o zaman Rusiya öz hərbi kontingentinin ölkə sərəhədlərimizə doğru hərəkətini hansı əsasla başlayıb?”, - deyə videomaterialda qeyd olunur.
Daha ətraflı “Caliber”in süjetində:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...