Bu yoldan keçən peşman olur: Saray sakinlərinin yol problemi - VİDEO

Abşeron rayonu, Saray qəsəbəsi, Mikayıl Müşfiq küçəsinin yolları illərdir ki, bərbad vəziyyətdədir.
Sürücülər avtomobillərini tez-tez təmirə aparmaq məcburiyyətində qalmaqdan, valideynlər isə övladlarını məktəbə aparmaqda çətinlik çəkməkdən şikayətlənirlər.
Sakinlərin iddiasına görə, bir neçə ay öncə aidiyyəti qurumların əməkdaşları təmir-bərpa işlərinə başlasalar da, proses yarımçıq qalıb.
“10 ildir yollar bu vəziyyətdədir. Bir az asfalt örtüyü qalmışdı, onu da qaşıdılar. Bura köçəndən nə “peredok” qalıb, nə də təkər”, - deyə sakinlər bildiriblər.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Oxşar xəbərlər
Bakıda bu ərazilərdə avtomobillərin parklanması pulsuz olacaq
Bakı şəhəri üzrə zonalar parklanma qiymətləri açıqlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Nəqliyyat vasitə...