Bu da Bakının məşhur "ölüxanası" - VİDEO

05
sen
2019
09:32
Bakı yerləşən gəmi "ölüxanası" kimi tanınan ərazi görənlərin marağına səbəb olur.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, bura istismar müddətini başa vurmuş müxtəlifölçülü gəmilər toplanır və növbə ilə doğranır.Əməkdaşlarımız nəhəng gəmilərin də olduğu Bibiheybət qəsəbəsindəki bu ərazidə olublar.Biri-birindən böyük və bir az da vahiməli görkəmə sahib gəmilər sahildə yan-yana düzülüb.Gəmilərin yan aldığı bu liman onlar üçün sonuncudur. Çünki burada gəmilərin adları silinir və məhv edilir.Buradakı gəmilərin bir çoxu ''Xəzər Dəniz Gəmiçiliyi'' QSC nin balansındadır.Belə gəmilərin əksəri utilizasiya edilsə də, içlərindən bəziləri yenidən əsaslı restavrasiya edilir və başqa ad altında fəaliyyət göstərirlər.Həttə bu gəmilərdən restoran və ya muzey kimi də istifadə etmək mümkündür.Gəmilərin utilizasiyası ilə yanaşı yenilənmə prosesi də sürətlə davam etdirilir.Qeyd edək ki, doğranın gəmilərlərin adları daha sonra başqa gəmilərə verilir.
Oxşar xəbərlər
Dəniz Agentliyi güclü küləklə bağlı müvafiq tədbirlər görüb – FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliynin Milli Mərkəzinə...