Binəqədinin bu küçəsində yaşayan 70 ailə bu qış soyuqdan dona bilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi rayonu DSK adlanan ərazidə (Karmen zavodunun arxası) 70-ə yaxın ailənin evində qaz yoxdur.
Sakinlər BAKU.WS-ə açıqlamasında bildirdilər ki, bir neçə ildir bu ərazidən həyət evləri alan sakinlərə bu gün-sabah deməklə artıq neçənci qışdır aldadılırlar.
Mavi qazın yoxluğu sakinlərə olduqca baha başa gəlir. Sakinlər soyuqdan ölməmək üçün evlərində ya elektrik qızdırıcılarından, ya da maye qazdan istifadə edirlər. Bu isə aztəminatlı ailələr üçün mümkünsüzdür. İmkansız, körpə uşaqlı ailələrin üzvləri isə soyuqdan xəstəlik tapdıqlarını və əlacsızlıqdan qohum-tanış evinə gedib qızındıqlarını da dilə gətirdilər.
Vətəndaşların sözlərinə görə, mavi qazın çəkilməsi üçün 500 manatdan pul da yığılıb, amma indi nə qazın istisinə qızına bilirlər, nə də pulu geri ala bilirlər.
Bu məsələ ilə bağlı sakinlər dəfələrlə lazımı qurumlara müraciət etsələr də, onların şikayətini dinləyən olmayıb.
Qeyd edək ki, bir küçə arxada bütün evlərdə qaz olduğu və qazsız evlərdə yaşayanlara isə “bura qaz çəkilməyəcək” deməklə kifayətlənən qurum əməkdaşları da olub.
Oxşar xəbərlər
Yağış fəsadsız ötüşmədi - Evlər su altında qaldı - VİDEO
Elə ki, yağış yağdı, Bakı yenə ənənəvi problemlərlə üz-üzə qalır. Aramsız yağış bu dəfə də paytaxtın müxtəlif yerlərində gölməçələr yaradıb, onlarla ev, həyətya...