Binəqədidə gecə ilə ağaclar kəsilir? - VİDEO

Binəqədidə gecə ilə ağaclar kəsilir? - VİDEO
Video
Video 77

Binəqədi rayonunda tikinti məqsədi ilə qazıntı işləri aparıldığı iddia edilib.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, rayonun 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində yaşıllığa ziyan vurulub.

Vətəndaşlar iddia ediblər ki, qazıntı və ağacların kəsilməsi işləri gecə saatlarında görülüb:

“Artıq iki-üç heyva ağacı və başqa iri ağaclar kəsilib. Yerdə qalan iki çinar da bu gecə kəsilə bilər”.

Binəqədi Rayon İcra Hakimiyyətindən “oxu.az”a bildirilib ki, sözügedən ünvanda “Azərişıq” ASC tərəfindən elektrik xətlərinin yenilənməsi məqsədilə qazıntı işləri həyata keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər