Bəzi restoran və şadlıq evlərindən təqdirəlayiq addım! - Şəhidlərimiz var... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gündən sonra toy mövsümünə yenidən start veriləcək.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, əksər restoranlar toy və əyləncə proqramlarını bir müddətlik təxirə salıblar. Hələ ki, sifarişləri qəbul etmirlər. Çünki şəhidlərimiz var.
"Şəhidlər bizim and yerimizdir. Onların haqqını ödəyə bilmərik" - deyir restoran sahibləri.
Paytaxtda yerləşən bəzi restoran və şadlıq evləri əyləncə proqramlarını müvəqqəti olaraq dayandırıblar. Obyekt sahibləri bu addımı hər hansı göstəriş əsasında deyil, öz istəkləri ilə atıblar.
Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş təxribat zamanı şəhid olan qəhrəman Vətən övladlarının ruhlarına ehtiram əlamətini bu təşəbbüslə göstərməyə çalışıblar.
Günlük şou proqram çıxışları olan restoranlar bu addımı bir müddət davam etdirəcəklərini deyirlər.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...