Benzin və dizellə işləyən avtobusları istismardan çıxarılacaq - YENİ QƏRAR - VİDEO

24
sen
2019
08:22
Paytaxt Bakının ekolojı tarazlığını qorumaq üçün tədbirlər davam etdirilir. Bu məqsədlə yaxın gələcəkdə benzin və dizel mühərrikli avtobusların ölkəyə gətirilməsi və istifadəsi məhdudlaşdırılacaq.Bu barədə Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev məlumat verib.O bildirib ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul edilib.Mais Ağayevin sözlərinə görə, hazırda yeni qərarla bağlı işlər görülür, daşıyıcı şirkətlər qarşısında tələblər qoyulur.Amma sıxılmış qaz və elektrik mühərrikli avtobusların gətirilməsi ilə iş yekunlaşmır. Mais Ağayev qeyd edib ki, nəqliyyat vasitələrinin işlək vəziyyətdə olması üçün infrastruktur da qurulmalıdır.Benzin və dizel mühərrikli avtobusların taleyini isə gələcək göstərəcək.Ekspertlər hesab edir ki, onlara qaz avadanlıqları quraşdırıla, yaxud istismar müddəti bitənə qədər istifadə edilə bilər.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxşar xəbərlər
Bakıya hər biri 519 min AZN olan 300 avtobus gətirilir - EKSKLÜZİV FOTO
Bakıya Türkiyədə istehsal edilən 300 yeni avtobus gətirilir.BAKU.WS xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi ilə “BMC Otomativ Sanaye ve Ticar...
