Banklardan devalvasiya fırıldağı (VİDEO)
Sonuncu devalvasiya ölkəmizdə onlayn rejimdə pul köçürmələrinə də təsir edib. Söhbət bu ödəmələrin həcminin azalmasından və ya çoxalmasından getmir. Bəzi vətəndaşlar devalvasiyadan iki gün əvvəl onlayn qaydada pul köçürsə də, onların hesabından pul yeni məzənnə ilə tutulub.
İqtisadçı-ekspert Rəşad Həsənov bank müştərilərinin bu şikayətinin əsassız olduğunu deyir. Onun sözlərinə görə, onlayn ödənişlər edildikdə əvvəlcə müştərinin kart hesabı ödəniş olunan firma tərəfindən yoxlanılır və kifayət qədər pul olduqda xidmətin həyata keçirilməsinə başlanır. Sonra bununla bağlı müştəriyə məlumat verilir. Daha sonra isə banka müraciət edilir.
Bu köçürmələr qanunlara uyğun olduğuna görə bankları təqsirkar hesab etmək olmaz. Ancaq inkişaf etmiş ölkələrdə banklar müştərilərni itirməmək üçün bu itkini öz üzərlərinə götürürlər. Amma devalvasiya böyük olduğundan ölkəmizdə bunun edilməsi real görünmür.
Mütəxəssislər bu tip problemlərlə qarşılaşmamaq üçün xarici ödənişlərin dollar hesabı ilə edilməsini məsləhət görürlər.
BAKU.WS
Oxşar xəbərlər
Banklardan dollar krediti olanlara şad xəbər: güzəşt olacaq (VİDEO)
Ölkəmizdə baş verən sonuncu devalvasiya banklardan dollarla kredit götürənləri çətin vəziyyətə salıb. İndi vətəndaşlar götürdükləri puldan 47% daha çox pul ödəm...