"Bankdan 200 min pul götürüb bura xərcləmişəm" - "Sədərək"dəki yanğının fəsadları - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Sədərək" ticarət mərkəzinin "şirniyyat" adlanan ərazisində baş verən yanğın zamanı təxminən 30-a yaxın obyektə ziyan dəyib.
BAKU.WS Baku tv-yə istinadən xəbər verir ki, bəzi satış nöqtələri tamamilə yararsız vəziyyətdədir.
"Bankdan 200 min pul götürüb bura xərcləmişəm. İndi bilmirəm, borcumu nə ilə, necə ödəyəcəm. Allah eləsin, bazar bizə köməklik göstərsin. Ayda mən 14 min, 12 min manat banka pul ödəyirəm", - deyə mağazası yanan şəxs deyir.
“Sədərək” ticarət mərkəzinin sözçüsü Kəmaləddin Qədimin sözlərinə görə, yanan obyektlər təmir olunaraq sahibkarlara təhvil veriləcək.
“Rəhbərlik digər maddi yardımlar da nəzərdə tutur. Həmçinin onlara uzun müddət icarə haqqı məsələsində də güzəşt olunacaq”, - deyə K.Qədim bildirib.
Daha ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...