“Baksol yolu"nun əsaslı təmiri yekunlaşıb - FOTO/VİDEO

“Baksol yolunun əsaslı təmiri yekunlaşıb - FOTO/VİDEO
Foto Video
Video 159

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki “Baksol yolu” adlanan avtomobil yolunun əsaslı təmirini yekunlaşdırıb.

BAKU.WS xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

3,2 kilometr uzunluğa malik sözügedən yolda aparılmış təmir işləri çərçivəsində yol boyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri aparılıb, yeni səki daşları düzülüb və köhnə asfalt örtüyü frezlənib, yeni asfalt-beton örtüyü döşənib, piyada səkiləri inşa edilib. Bundan başqa yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilib.

Bu il Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,1 kilometr, ötən il isə 15,4 kilometr olan küçə və yol təmir edilib.

Oxşar xəbərlər

5000 nəfərə xidmət edən yolun yenidən qurulması yekunlaşıb - FOTO

5000 nəfərə xidmət edən yolun yenidən qurulması yekunlaşıb - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "7 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı...

222 Sosial 15:30 22 yanvar 2021

Son xəbərlər