Bakıxanovda yol əsaslı təmir edildi - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Bakıxanov qəsəbəsində 1 500 metr uzunluğa malik Oskar Əfəndiyev küçəsini əsaslı şəkildə təmir edib.
BAKU.WS xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, təmir işləri çərçivəsində, köhnə asfalt frezlənib, yağış-kanalizasiya sistemi bərpa olunub, piyada səkiləri yenilənib, yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa nişanlanma xətlərinin çəkilişi, yol nişanları quraşdırılması, parkinq yerlərinin təşkili, kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.
Bu işlər 17 min kvadratmetrdən çox sahəni əhatə edib. Yaxın günlərdə piyada zolaqları çəkilməklə küçə vətəndaşların istifadəsinə veriləcək. Hazırda təmir işləri qəsəbə üzrə Ruhulla Axundov, Əşrəf Yunusov, Ramiz Qəmbərov və Şamil Kamilov küçələrində də aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıda 6 küçədə təmir işlərinə start verilib
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində cari ilin “İnvestisiya Proqramı”na əsasən, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi üzrə təmirə ehtiy...