Bakının yeni təmir olunmuş yolundan şikayətlər var - FOTO/VİDEO

Bakının yeni təmir olunmuş yolundan şikayətlər var - FOTO/VİDEO
Foto Video
Video 243

Nəsimi rayonu Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 133 metrlik hissəsi təmir edilib. Ərazidə qum üzərində düzülən kiçik ölçülü qranit daş örtüyü sökülərək yerində yeni asfalt-beton örtüyü salınıb.

BAKU.WS xəbər verir ki, vətəndaşların istifadəsinə verilən yeni yolun təmiri şəhərin estetik görünüşü baxımından göz oxşasa da, məlum oldu ki, vətəndaşların problemi tamlıqla həll edilməyib.

Həmin yoldan istifadə edən vətəndaşlar və tələbələr oradakı piyada keçidi yeri ilə bağlı narazıdırlar. Bu barədə BAKU.WS-in "Qaynar xətt"inə çoxsaylı şikayətlər daxil olub.

Bildirilib ki, sözügedən ərazidə iki piyada keçidi arasındakı məsafə olduqca böyükdür.

Bakının yeni təmir olunmuş yolundan şikayətlər var - FOTO/VİDEO

Vətəndaşlar, eləcə də tələbələr yolun Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin önünü əhatə edən hissəsindən o biri hissəsinə keçmək üçün üzü yuxarı "28 Mall" ticarət mərkəzinin yanına gedib oradakı piyada keçidindən istifadə etməli olurlar.

Bakının yeni təmir olunmuş yolundan şikayətlər var - FOTO/VİDEO

Bəziləri bunu vaxt qıtlığı səbəbindən edə bilmir. Yolun digər hissəsinə tez keçmək üçün həyatlarını təhlükəyə ataraq bir başa avtomobil yolundan istifadə edirlər. Bu da həmin ərazidə qəza şəraitini qaçınılmaz edir.

Bakının yeni təmir olunmuş yolundan şikayətlər var - FOTO/VİDEO

Vətəndaşlar, "Bu qədər avtomobillərin arasından keçirik. Təhlükəsizliyimiz bizim üçün vacibdir. Normal piyada keçidi olsa biz də rahatlıqla istifadə edərik", - deyə piyada keçidinin olmamasından şikayətləniblər.

Bakının yeni təmir olunmuş yolundan şikayətlər var - FOTO/VİDEO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər