Bakının Cəfər Cabbarlı küçəsi təmir edilir - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Xəzər rayonun Buzovna qəsəbəsinin Cəfər Cabbarlı küçəsini təmir edir.
BAKU.WS xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, uzunluğu 1 100 metr, eni isə ortalama 6 metr təşkil edən sözügedən küçədə aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Hazırda yeni yol əsası salınır. Ardınca yeni asfalt-beton örtüyü döşənəcək. Sonda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Bu il Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26,5 kilometr küçə və yolun təmiri aparılır.
2021-ci ildə isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16,3 kilometr olan küçə və yolların təmiri icra olunub.
Qalereya
Oxşar xəbərlər
Bu küçədə yol qovşağının yaradılması işləri yekunlaşır - FOTO
Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına...