Bakıda uşaq sığınacağında qalmaqal: Övladına işgəncə verən qadın iki dəfə polis çağırdı - VİDEO

Bakıda uşaq sığınacağında qalmaqal: Övladına işgəncə verən qadın iki dəfə polis çağırdı - VİDEO
Video
Video 278

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, o instaqram səhifəsində anası tərəfindən atılan uşaqla bağlı video yayımlayıb.

Ağazadə indiyə uşağına işgəncə verən qadının sığınacağa gələrək onlardan övladını tələb etdiyini bildirib:

"Uşağına işgəncə verən qadın bu gün sığınacağımızın qapısında "konsert" proqramı təqdim edirdi. 102 xidmətinə nə az, nə çox 12 dəfə zəng vurdu. Biz də bölmədən əməkdaşlar çağırmışdıq. Polis əməkdaşlarına deyir ki, "Sən mən istəyən polis deyilsən, mənə 102 göndərəcək polisi... "Əsl konsert" polisin 2 metr aralıda durduğu halda "Mənə yaxınlaşmayın, siz mənə zorakılıq edirsiniz, uşağımı oğurlayıb polislər" deyib yenidən 102 yığmasıydı...

İndi yenə gəlib ki "Sənin başına oyun açacağam"... Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, bu insanı niyə buraxmısınız? Burada bir hadisə baş versə, kim cavabdeh olacaq? Yetər artıq!!! Bakı şəhəri üzrə cəmi 2 "Psixbriqada" var, artırın da bunun sayını!!! Sayənizdə biz dəli olacağıq..."

Qeyd edək ki, beş gün əvvəl Bakıda Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən azyaşlı uşaq Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Bundan sonra bir qadın həmin sığınacağın qarşısına gələrək övladının oğurlandığını deyib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağıran qadın gələn polislərə də hədə-qorxu gəlib və təkrar “102” Xidmətinə zəng vurub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər