Bakıda taksi sürücüsünə qanuni dayanacaqda CƏRİMƏ YAZILIB

Bakıda taksi sürücüsünə qanuni dayanacaqda CƏRİMƏ YAZILIB
Video
Video 66

Bakı şəhərində taksi dayanacağında avtomobili saxladığı üçün cərimə olunan sürücü narazılığını bildirib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayılıb.

Sürücünün sözlərinə görə, üzərində taksi nişanı olan avtomobili ilə taksi dayanacağında dayandığı halda ona cərimə tətbiq olunub. Hadisənin R.Zorge küçəsi ilə Nizami küçəsinin kəsişməsində baş verdiyi qeyd olunur.

"Gəlib burada mənə cərimə yazıblar. Halbuki ərazidə taksi nişanı var və digər avtomobillər də dayanıb", - deyə sürücü bildirib.

O, həmçinin taksi dayanacağında digər avtomobillərin də park etməsindən narazı olduğunu vurğulayıb.

Oxu.Az-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, məsələ araşdırılıb.

Bakıda taksi sürücüsünə qanuni dayanacaqda CƏRİMƏ YAZILIB

"Parklanma ilə bağlı yaranan suallar, eləcə də qanunsuz cərimə iddiası ilə əlaqədar vətəndaşlar AYNA-nın "141" Çağrı Mərkəzi, elektron poçt ünvanı və agentliyin bütün sosial şəbəkə platformaları üzərindən müraciət edə bilərlər. Vətəndaşların hər hansı bir fakt üzrə müraciəti araşdırılaraq bilavasitə onların özlərinə təqdim olunur.

Sözügedən görüntü ilə də əlaqədar vətəndaşla əlaqə saxlanılıb və rəsmi müraciəti qeydə alınıb. Məsələ araşdırılandan sonra nəticəsi rəsmi qaydada vətəndaşa təqdim ediləcək", - deyə T.Orucov vurğulayıb.

Son xəbərlər