Bakıda qiymətinə görə ən münasib evlər haradadır? - VİDEO

Bakıda qiymətinə görə ən münasib evlər haradadır? - VİDEO
Video
Video 1407

Avqustun 8-dən rayonlardan Bakıya gəlmək mümkün olduğundan təhsil və ya iş üçün paytaxta üz tutanların sayı artacaq. Bu səbəbdən də kirayə mənzil bazarında canlanma yaranıb.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, qiymətlər artıq bahalaşmağa başlayıb. Bəs Bakıda şəraitinə və qiymətinə görə ən münasib evlər haradadır?

Sərt karantin rejiminin tədricən yumşaldılması və rayonlara gediş-gəlişin ayın 8-dən bərpa olunacağı kirayə mənzil bazarında canlanmaya səbəb olub. Xüsusi ilə yeni tədris ilindən əyani təhsilin qismən bərpası da canlanmanın əsas səbəblərindəndir. Bu isə hələlik qiymətləri 5-10 faiz civarında artırıb.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, əsas tələbat 1 və 2 otaqlı mənzillərədir. Həmin mənzillərin qiymətləri isə yerləşdiyi əraziyə uyğun dəyişir. Şəraitinə və qiymətinə görə ən münasib evlər Bakının üçüncü zonası sayılan Yasamal, Binəqədi, Nəsimi, Xətai və Nizami rayonlarınındadır.

Mərkəz sayılan, xüsusilə də ali məktəblərə yaxın olan yaşayış binalarında isə qiymətlər bahadır.

Ekspertin sözlərinə görə, pandemiya dövründə kirayə mənzil bazarında qiymətlər nəzərə çarpacaq dərəcədə enmişdi. Karantin rejimi yumşaldıqca tələbat artır. Bu isə getdikcə qiymətlərin bahalaşacağı anlamına gəlir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər