Bakıda qaraçıların reyd zamanı saxlanılması ilə bağlı DİN-dən AÇIQLAMA - VİDEO
22
iyl
2019
16:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində reyd keçirməsi ilə bağlı Daxili İşlər Nazirliyindən açıqlama verilib.Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-ə açıqlamasında bildirib ki, ərazi polis orqanlarından əsas funksional vəzifələrindən biri də xidməti ərazidə pasport rejimi qaydalarını yoxlamaqdır.
“Polis əməkdaşları tərəfindən bu, fərdi qaydada və reyd formasında da həyata keçirilə bilər.Əgər söhbət reyddən gedirsə, bu halda vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydaları yoxlanılan zaman həmin vətəndaşların qeydiyyatda olmadığı aşkarlanarsa, belə hallarda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq müəyyən tədbirlər görülür.Bu halda vətəndaşa xəbərdarlıq, yaxud cərimə tətbiq oluna bilər.Həqiqətən də, reyd və yoxlamalar zamanı qeydiyyat qaydalarını pozmuş şəxslərin, həmçinin avara və dilənçiliklə məşğul olduqları aşkarlanarsa, onların qaraçı və digər vətəndaşlar olmasından asılı olmayaraq, yaşayış yeri üzrə qeydiyyatda olduğu şəhər və rayonlara polis tərəfindən göndərilməsi təmin olunur”, - deyə O.Mansurzadə bildirib.
Oxşar xəbərlər
Bakıda polislər qaraçıların evinə basqın etdi - dəhşətə gətirən mənzərə - VİDEO
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində reyd keçiriblər.BAKU.WS “REAL TV”yə istinadən xəbər verir ki, reyd zamanı rayon sakinlərinin şikayə...