Bakıda narkotik qəbul etdiyi deyilən yeniyetmənin görüntüləri yayıldı - AÇIQLAMA - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda metamfetamin qəbul etdiyi iddia olunan məktəblinin görüntüləri müzakirələr doğurub.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə yeniyetmənin özünü qəribə aparması, qeyri-ixtiyari hərəkətləri əks olunur. Şəbəkə istifadəçiləri onun məktəbli olduğunu iddia edib, davranışını isə metamfetamin qəbul etməsi ilə əlaqələndiriblər.
Görüntülərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, yeniyetmə ilə əlaqədar araşdırmalara başlanıb. Komitənin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə, bu məsələ ilə əlaqədar polislə birlikdə iş aparılır:
“Sosial şəbəkələrdə yayılan videogörüntü paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Artıq bununla bağlı araşdırmalar aparılır. Həmin yeniyetmənin kimliyi müəyyən edildikdən sonra, ehtiyac yaranarsa, sığınacağa da yerləşdirilə bilər. Bu barədə məlumat veriləcək”.
Sözügedən videogörüntünü təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...