Bakıda kafe və restoranlarda qiymət artıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fəaliyyətinə icazə verilib, yumşalmaların tətbiq edildiyi sahələrdən biri restoran və kafelər oldu. Uzun zamandan sonra açıq havada bu məkanlarda vaxt keçirməyə üstünlük verən müştəriləri restoranların qiymətləri təəccübləndirib.
Deyəsən, bu məkanlarda restorana gələn qonaqların sayı ilə qiymət bir-birinə tərs mütənasibdir, yəni adam sayı azaldıqca qiymət də artıb. Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, kafe və restoranlarda 20%-ə qədər qiymət artımı müşahidə olunur:
"Təxminən həftədə bir-iki zəng gəlir, restoranlarda qiymətin artması ilə bağlı bizə şikayətlər olur. Təəssüf ki, bəzi sahibkarlar restoranlardakı ziyanı indiki zamanda istehlakçılardan çıxmaq istəyirlər. Qiymət artımı təxminən 20% miqdarında var. Bəs bununla bağlı nəzarət xidməti varmı? Dövlətin qiymətə nəzarət edən heç bir qurumu yoxdur. Sadəcə olaraq qiymətlər bazardakı qiymət şəraitində formalaşır".
Kafe və restoranlarda süni qiymət artımının səbəbini araşdırmağa çalışdıq. Kafe və restoran sahibləri vəziyyətdən çıxış yolu axtarırlar.
Düzdür, sahibkarların karantin şərtlərinə uyğun şəraitdə fəaliyyəti müəyyən maddi problemlərə gətirib çıxarıb. Amma nəzərə alsaq ki, bu çətinliklər təkcə restoran və kafelərdə deyil, bütün ölkə, hətta dünyada hökm sürür. Bir sözlə, artan qiymətlərin ziyanını müştəri çəkməli olur, bu dəfə də çanaq onun başında PARTLAYIR.
Oxşar xəbərlər
Restoranlar gələn həftədən açılsa... - İctimai iaşə sektoru yeni həyat tərzinə keçir
Azərbaycanda koronavirusa yoluxma statistikasının aşağı düşməsi və pandemiyanın nisbətən zəifləməsi karantin rejiminin tələblərində müəyyən dəyişikliklər edilmə...