Bakıda bu binanın sakinləri kütləvi şəkildə cərimə olunurlar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən binanın sakinləri avtomobillərini park etməyə yer tapa bilmirlər. Buna səbəb binanin zirzəmisində kifayət qədər park yerinin olmamasıdır.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər avtomobillərini binanın qarşısındakı yolun kənarında park edirlər. Bu zaman müvafiq yol nişanının tələblərini pozduqları üçün kütləvi şəkildə cərimə olunurlar.
Sakinlərin sözlərinə görə, küçədə yerləşdirilən "dayanmaq qadağandır" nişanı onları təngə gətirib.
Onlar deyirlər ki, bina inşa olunan zaman təhlükəsizlik məqsədilə avtomobillərin saxlanmaması üçün nişan quraşdırılıb və bina hazır olduqdan sonra sökülüb.
İndi isə həmin yol nişanı yenidən quraşdırılıb. Bu səbəbdən də bina sakinləri avtomobillərini park etməyə yer tapa bilmirlər.
Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən küçədə hazırda həm parklanma, həm də ümumi nəqliyyat şəraiti baxımından problemlər mövcuddur. Bu səbəbdən də Agentliyin mütəxəssisləri tərəfindən həmin küçədə təhlillər aparılıb və nəticələrinə əsasən müvafiq layihə hazırlanır.
Layihə müvafiq qurumlarla razılaşdırılandan sonra icrasına başlanacaq.
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...