Bakıda böyük söküntü başlayır - Beş, doqquz mərtəbəli binalar və ... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda köhnə binalar söküləcək, əvəzində yeniləri inşa ediləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Xəzər TV-yə müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
O deyib ki, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır.
Bu o deməkdir ki, paytaxtda istismar müddəti başa çatan 5 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək.
Söküləcək binalar həm beşmərtəbəlilərdir, həm də doqquzmərtəbəlilər. Şəhər meri qeyd edib ki, söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq.
Həmin binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər.
Eldar Əzizovun sözlərinə görə, proses daimi xarakterlidir.
Oxşar xəbərlər
Paytaxtda gözlənilən böyük söküntü
Əmlak ekspertinin qənaətincə, Bakı ərazisində 122 min binanın söküləcəyi inandırıcı deyil. Çünki hazırda Bakı və Abşeronda ümumilikdə 35-40 minə qədər çoxmənzil...