Bakı yollarında tıxaclar, "prius"lar, nəqliyyat: Həmid Həmidov Natiq Zərbəli ilə müzakirə edir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Jurnalist Həmid Həmidov “Gəlin danışaq?” podkastının yeni buraxılışında abunəçilərə daha bir video müsahibə təqdim edib.
BAKU.WS xəbər verir ki, aparıcının budəfəki qonağı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri, avtobloger Natiq Zərbəli olub.
Yeni videoda Həmid Həmidov və Natiq Zərbəli Bakıda tıxacların yaranma səbəblərindən, avtobuslar üçün ayrılan zolaqlardan və paytaxt yollarının yeni problemi olan “prius”lardan danışıblar.
Ənənəvi cümə müsahibəsinin qonağı taksi sürücülərinin və metronun fəaliyyəti, “manatlıq” taksilər, trolleybus və tramvayların bərpası, kimi digər mövzulara da toxunub.
Onlar həm də, avtomobillərin idxalına tətbiq edilən gömrük rüsumları, tıxac probleminin həlli üçün iş vaxtının diferensiallaşdırılması, vətəndaşlarımızın sürücülük mədəniyyətini müzakirə edib.
Daha ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...