Bakıda tikinti şirkəti bir evi 3 nəfərə satıb - MTK direktorunun etirafı - VİDEO
02
apr
2019
22:49
Külli miqdarda pul verib ev alan şəxslər nə mənzillərini, nədə ki, pullarını geri ala bilirlər.BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, Bakıda daha bir tikinti şirkəti bir mənzili 2-3 nəfərə sataraq vətəndaşlara külli miqdarda zərər vurub. Söhbət Binəqədi rayonu Cəfər Xəndan küçəsində çoxbərtəbəli binanı inşa edən ''Bulaq-2'' Mənzil Tikinti Koperativindən gedir. Zərərçəkmişlər iddia edir ki, müqavilə görə, 2015-ci ildə təhvil verilməli olan binada iş hələ davam edir. Bir neçə gün əvvəl isə onlardan bir neçəsi müəyyən ediblər ki, MTK-nın sahibi bir evi bir neçə nəfərə satıb.Zərərçəkmişlərin bəziləri isə aldıqları evi təmirə başlayarkən evin başqa sahibi ilə üzləşdiklərini deyirlər. Zərərçəkmiş Fuad Əhmədovun sözlərinə görə, 2014-cü ildə həmin şirkətə 95 min manat pul ödəyərək ev alıb, amma sonradan məlum olub ki, mənzil üç nəfərə satılıb.''Bulaq-2'' MTK-nın direktoru Elmira Şirinova bir mənzili 2-3 nəfərə satmasını etiraf edib. O, problemin yaxın bir ay müddətə həll olunacağını deyib.Zərərçəkmişlər problemlərinin həll olunmayacağı təqdirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edəcəklərini bildirirlər.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda iş adamı həbs edildi
Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan şirkət rəhbəri həbs edilib.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, 1 milyon manatlıq dələduzluqda təqsirli...