Bakıda çempion qızın öldüyü yolda yenilik - KEÇİD LƏĞV EDİLDİ
02
iyl
2017
11:44
İyunun 28-də axşam saatlarında Bakının Xətai rayonu Zığ şosesində "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşının 22 yaşlı Reyhan Məmmədovanı vurub öldürdüyü hadisənin baş verdiyi piyada keçidi ləğv edilib.
Lent.az xəbər verir ki, "SOCAR” yanacaqdoldurma məntəqəsinin qarşısındakı piyada zolağı asfalt rəngli materialla rənglənib və ərazidəki piyada keçidi yol hərəkət nişanı götürülüb.
Qeyd edək ki, məlum hadisəni törətmiş sürücü artıq həbs edilib. Qəzada həyatını itirən Reyhan Məmmədova isə dağadırmanma, qayayadırmanma və buzadırmanma üzrə çempion olub.
BAKU.WS
Oxşar xəbərlər
Çempionu öldürən sürücü tutuldu
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Azərbaycan çempionu Reyhan Məmmədovanın vurularaq öldürülməsi ilə nəticələnən yol qəzası barədə açıqlama yayı...