Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib - FOTO
Paytaxtın Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidi istifadəyə verilib.
Bu barədə BAKU.WS-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən xəbər verilib.
Yeraltı piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilib. "Azəravtoyol" ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57.1 metrdir. Bura keçidin 21.9 metr uzunluğunda olan pilləkan hissələri və 35.2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3.2 metrdir. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunub.
Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
BAKU.WS
Oxşar xəbərlər
Sürücülərə şad xəbər: Bu yol istifadəyə verildi (VİDEO)
Bakı şəhərində nəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində Nərimanov rayonu İsmayıl Hidayə...