Bakıda bu avtobusda gediş haqqı hələ də 20 qəpikdir – VİDEO

Bakıda bu avtobusda gediş haqqı hələ də 20 qəpikdir – VİDEO
Video
Video 9061
Avqust ayının birindən etibarən Tarif (qiymət) Şurasının qərarı ilə Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidmətinin qiyməti qaldırıldı. Yeni qərara görə Bakı metrosunda və avtobuslarda gediş haqqı 30 qəpik müəyyən edildi.BAKU.WS xəbər verir ki, hələ də paytaxtda gediş haqqı 20 qəpik olan avtobus xidmət göstərir. Bu avtobus “Əhmədli” metrostansiyasının qarşısından Xəzər Univermağına qədər işləyir. Sürücülər gediş haqqının artmamasını onların xərclərinin stabil qalması ilə izah edirlər. Bildirirlər ki, yanacağın qiyməti bahalaşmayana qədər bu avtobuslarda gediş haqqı 20 qəpik olacaq. Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Bu avtobusların da qiyməti bahalaşdı - 50, 85 qəpik (SİYAHI)

Bu avtobusların da qiyməti bahalaşdı - 50, 85 qəpik (SİYAHI)

Xəbər verdiyimiz kimi, ötən gün (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edi...

21785 Sosial 12:30 31 iyul 2018

Son xəbərlər