Bakı şəhər İcra Hakimiyyəti hərəkətə keçdi - 50-yə yaxın xüsusi təyinatlı avtomobil (VİDEO)
28
noy
2018
08:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il Bakıda qarlı-buzlu küçələrə 3 min ton texniki duz və qumun səpilməsi planlaşdırılır. Artıq 2600 ton duz ehtiyatı toplanıb. Həmçinin 50-yə yaxın xüsusi təyinatlı avtomobillər saz vəziyyətə gətirilib. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan və xüsusən qış aylarında istifadəsi nəzərdə tutulan texnikalar artıq hazır vəziyyətə gətirilib.Qarlı yollarda avtomobillərin normal hərəkətini təmin etmək məqsədi ilə duz ehtiyatı da toplanıb. Bu il idarə tərəfindən yollara 3 min ton texniki duz və qumun səpilməsi planlaşdırılır.Qış aylarında forsmajor vəziyyətlərə anında müdaxilə üçün xüsusi qərərgah da yaradılıb və idarə əməkdaşları ərazilərə təhkim edilib.Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynovun sözlərinə görə, artıq 24 saatlıq iş rejminə keçilib.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Eldar Əzizov Qərargah yaratdı
“2018-2019-cu ilin payız-qız mövsümünə hazırlıqla bağlı Şəhər İcra Hakimiyyətində müvafiq sərəncam imzalanıb, tədbirlər planı təsdiq olunub və xüsusi Qərargah y...