Azərbaycan ordusunun "uçan tankları" (VİDEO)
Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tanklardan biri T-90-dır.
BAKU.WS-in məlumatına görə, bu hərbi texnika Rusiya istehsalı olan 3-cü nəsil müharibə tankıdır.
T-72-ləri əvəz etmək üçün istehsal olunub. Körfəz müharibəsində T-72-lərin ABŞ-ın Abrams M1A1 tanklarına qarşı müvəffəqiyyətsiz olması nəticəsində inkişaf etdirilməyə başlanılıb. Hazırda Rusiya, Hindistan və Azərbaycan ordusunun istifadə etdiyi ən müasir tank olan T-90-lar, T-72BM tankının yüksək texnologiya məhsulları ilə təchiz olunub. Bu tanklar, T-80 tankından alınan 1G46 Nişangah Termal kamera Kontakt-5 partlayıcı həssas zireh (aktiv zireh) və daha güclü mühərrikə sahib olub digər Rusiya tankları kimi alçaq bir profilə malikdir.
Rusiya ordusunda istifadə edilən bu tank Hindistanda da istehsal və istifadə edilməkdədir. Rusiya və Hindistan arasında 2001-ci ildə əldə olunan razılaşmaya əsasən T-90 tanklarının Bişma adıyla Hindistanda ortaq istehsalına başlanıb. Hindistan 1000 ədəddən çox tank istehsal etməyi planlaşdırır.
T-90 tankları Rusiyanın «Uralvaqonzavod» Elmi İstehsalat Müəssisəsi tərəfindən istehsal edilir. T-90 tanklarının məxsus olduğu Tank Əleyhinə İdarə olunan Raket (TƏİR) kompleksi 5 km. uzaqlıqda olan düşmənin istənilən tip zirehli texnikasını 100 faiz dəqiqliklə məhv etmək imkanı verir. T-90S-in malik olduğu avromatik dolub-boşalan 2A46M-5 topu TƏİR raketlərindən başqa zirehdeşən, beton istehkamları dağıdan və s. xüsüsiyyətə malik müsair mərmilər ata bilir. Gecə-gündüz görüntüsünə malik optik lazer-nişangah tank hərəkətdə olarkən belə hədəfi nişan almaq və ya nişangahı hədəf üzərində saxlamaq imkanı yaradır. Tank üzərində quraşdırılan "Kord” pulemyotu isə hava hədəflərinin məhv edilməsində kifayət qədər ciddi silahdır.
BAKU.WS
Oxşar xəbərlər
T-90 tankı "Çellendcer-2"yə qarşı (VİDEO)
Hərbi ekspertlər iki döyüş tankı - Rusiyanın T-90 və Britaniyanın "Çellendcer-2" (NATO-da fəal istifadə olunan) tankını müqayisə edib. BAKU.WS-in məlumatına g...