Azərbaycanlı biznesmen verdiyi bu qərarla həyatını dəyişdi - VİDEO

Azərbaycanlı biznesmen Anar Almədətov "Diribaş" podkastının qonağı olub. O, podkast zamanı aparıcı Zülfiyyənin bizneslə bağlı maraqlı suallarını cavablandırıb.
Anar Almədətov, bildirib ki, daha əvvəl 3 paralel biznesi olsa da bir gecədə radikal addım ataraq maddi mənəvi resurslarını yalnız bir işə yönəltmək qərarı alıb. Biznesmen iş qurmaq istəyən gənclərə tövsiyyə verərək bildirib ki, sadəcə 1 işdə uzman olmaq lazımdır.
"Bəlkə də maraqlıdır, əyləncəlidir. Lakin mən heç vaxt görməmişəm ki, bir neçə qolda hərəkət edən gənclik uğurlu ola bilsin".
Gələcək hədəflərindən danışan biznesmen ixracatın önəmlərini xüsusi vurğulayıb:
"İxracat sadəcə pul qazanmaq işi deyil. Mən il yarıma qədər ayda 250-300 min manat ziyanla işləmişəm. Bir gecə belə xəyalımdan vazkeçməmişəm. Dedilər bağla, dedim yox! İxracat şərəf məsələsidir. Mən neçə il Azərbaycanda Rusiya qapıları satmışam. Biz Azərbaycanın pulunu xaricə aparmışıq. Bizim satdığımız bir dənə belə qapıda azərbaycanlının alın təri olmayıb. Yoldaşım şahiddir ki, mən hər gecə bunun vicdan əzabını çəkmişəm Azərbaycanın pulunu xaricilərə yedizdiririk. Şükürlər olsun ki, bu gün məqsədimizə doğru irəliləyirik. Mən bu işə başlayanda bacarmayacaq deyənləri, gülənləri burdan salamlayıram".
Verilişin davamında Anar Almədətov biznesdə uğur qazanmağın yolları və digər məsələlərlə bağlı səmimi söhbət aparıb.
Qeyd edək ki, aparıcı Zülfiyyə Əliyeva Meshque MMC-nin təsisçisi və direktoru, Meshque - ilk yerli idman və həyat tərzi geyim markası, istehsalat özünə aid olan şirkətinin təsisçisi və direktorudur.
"Diribaş" - Sahibkarlıq motivasiya və inkişaf haqqında podkastdır.
Daha ətraflı sujetdə:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
