Azərbaycanda üç uşaq atası it damında saxlanılır - VİDEO
02
may
2019
11:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Daşkəsən rayonunun kəndində üç uşaq atası it damında yaşayır. BAKU.WS xəbər verir ki, 58 yaşlı kişinin bu vəziyyətdə yaşamasına dözməyən kənd sakinləri "Səni axtarıram" proqramına müraciət edib. Ana dünyasını dəyişərkən vəsiyyət etdi ki, kim xəstə qardaşına sahib çıxıb saxlayacaqsa, varım-dövlətim, inəyim-qoyunum, atım-toyuğum hamısı o qızıma veriləcək. Evin kiçik qızı qardaşını saxlayacağını boynuna götürüb və ata mülkü ona miras qalıb.Ana öldükdən sonra təxminən 8 il bacı qardaşa yaxşı baxıb, lakin qardaş özünü idarə edə bilmədikdən sonra problemlər başlayıb. Bacı xəstə qardaşı evdən çıxarıb it damına yerləşdirib. Qonşuların sözlərinə görə xəstə qardaş qışın soyuğunda, yayın qızmar istisində qapısı olmayan it damında keçirib.Kişinin İntiqam, Natiq və Təranə adlarında üç övladı var. Xəstə qardaş 1994-cü ildən ailəsindən ayrılıb, anası ilə yaşayır. Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
Bakıda üç uşaq anası "Odnaklasnik"də yaydığı FOTOSU ilə ərinə ŞOK YAŞATDI - FOTO
Bakıda 1 aya yaxındır evdən qaçan arvadını axtaran Eldar "Səni axtarıram"a üz tutub. BAKU.WS xəbər verir ki, iki körpəsini birgə yaşadığı kişinin üstünə atıb q...