Azərbaycan-Türkiyə hərbçilərinin "Qardaş yumruğu" təlimində gecə vaxtı tapşırıqlar icra edilib - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində gecə və məhdudgörmə şəraitində müxtəlif tapşırıqlar icra edilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, təlimin bu mərhələsində şərti düşmənlə bilavasitə təmas vəziyyətində onun texnikasının və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.
"Qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Cənub bölgəsində keçirilən təlimdə xüsusi təyinatlılar gecə vaxtı tapşırıqlar icra ediblər - VİDEO
Cari ilin döyüş hazırlığı planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələri ilə cənub bölgəsində keçirilən təlimdə gecə və məhdudgörmə şəraitində müxtə...