Azərbaycan Ordusunda “Smerç” reaktiv yaylım atəşi sistemli texnikalarından döyüş atışları icra edilib - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemli bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilir.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həyəcan siqnalı ilə qaldırılan bölmələr atəş mövqelərinin dəyişilməsi və döyüş zamanı şərti düşmən hədəflərinin koordinatlarının müəyyənləşdirilərək məhv edilməsi üzrə təlim tapşırıqlarını yerinə yetiriblər:
"Bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər".
Qalereya
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...