Aytən Səfərova qəzadan sonra İLK DƏFƏ DANIŞDI: “Günahım yoxdur” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən ay paytaxtın Xətai rayonunda ölümlə nəticələnən qəzaya düşən aparıcı Aytən Səfərova hadisədən sonra ilk dəfə danışıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə şəxsi instaqram profilində paylaşım edib.
Aparıcı qəzadan heç kimin sığortalanmadığını, həmçinin günahsız olduğunu deyib:
“Qəzadır, hər kəsin başına gələ bilər. Heç kim bundan sığortalanmayıb. Kadrları izləmişəm. Orada mənim günahım yoxdur”.
Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.
Hadisə nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.
Baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...