Aylıq 138 manat ödənişlə ev almaq istəyənlərin nəzərinə - SON 7 gün - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 501 mənzilin güzəştlə satışı 18 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.
Agentlikdən BAKU.WS-ə verilən məlumata görə, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 22 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcəkdir. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Hövsan Yaşayış Kompleksində həyata keçirilən əvvəlki satışlar zamanı güzəştli mənzil əldə edən vətəndaşların bir neçəsi öz təəssüratlarını bölüşüb. Hazırlanmış video-çarxı diqqətinizə təqdim edirik.
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.
Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
1 otaqlı mənzillərin qiyməti – 32 215 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:
| İllik faiz dərəcəsi | Müddət | Minimal ilkin ödəniş | Aylıq ödəniş* | ||
| 1 otaqlı | 2 otaqlı | 3 otaqlı | |||
| 4% | 3-30 il | 10% | 138-143 manat | 182-253 manat | 245-268 manat |
| * Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda. | |||||
DİQQƏT! Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:
| Otaqların sayı | Mənzilin qiyməti (manat) | Əlavə endirim məbləği (manat) | Əlavə endirimdən sonra mənzilin satış qiyməti (manat) |
| 1 | 32 215 | 3 221 | 28 994 |
| 2 | 42 415 | 4 241 | 38 174 |
| 3 | 57 120 | 5 712 | 51 408 |
| Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir. | |||
“MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti
AZ1078, Bakı şəhəriCəlil Məmmədquluzadə küçəsi, 85ZTel.: (+994 12) 594 54 01“108” Çağrı mərkəzi
Oxşar xəbərlər
Aylıq 138 manat ödənişlə ev almaq istəyənlərin nəzərinə - VİDEO
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsindəki Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 4 saylı binası üzrə 1...