Aygün Kazımova şəhid övladları ilə bir arada - VİDEO

Xalq artisti Aygün Kazımova bu dəfə şəhid övladları üçün konsert verib.
BAKU.WS xəbər verir ki, "Yaşat" Fondu, "ASAN radio" və "ASAN könüllülər" tərəfindən təşkil olunan gecə Şamaxıda baş tutub.
Tədbirdə bir çox maraqlı anlar yaşanıb.Ölkənin əsas ulduzu gecə üçün repertuarını şəhid övladlarının istəyi ilə qurub. Balaca tamaşaçılar Pop divanın mahnılarını onunla birlikdə səsləndiriblər. Ad günü olan bir qız üçün Kazımova sürpriz də edib. O, balaca qızı səhnəyə dəvət edərək, onunla birlikdə tort kəsib.
Media nümayəndələrinə açıqlama verən müğənni "Yaşat" Fondu və "Asan Radio" tərəfindən neçə ildir müxtəlif düşərgələrdə təşkil olunan görüşlər möhtəşəmdir. Bu, mənim neçənci çıxışımdır. Bundan çox xoşbəxtəm. Necə xoşbəxt olmaya bilərəm? Mən onları, onlar da məni sevir" sözlərini söyləyib.
Aparıcılığını Emin Musəvinin etdiyi konsertdə müğənni Murad Arif də səhnəyə çıxıb.
Pop diva və Murad "Çalxala" duetini səsləndiriblər.
Qeyd edək ki, Aygün Kazımova bundan əvvəl də bir neçə dəfə "Yaşat" Fondu və "Asan Radio" tərəfindən şəhid övladları üçün təşkil olunan düşərgədə çıxışlar edib.

Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...