Aydın Xırdalanlının anası: "İstəmirdim meyxanaçı olsun" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Mən özüm şəxsən meyxananı istəmirdim. Çox bəyənmirdim. Amma qulaq asırdım. Aydın toylara gedəndə axı belə telefonlar yox idi mən onun meyxanalarına quıaq asım... Hərdən qohum-əqrabada olanda maraqlanırdım".
BAKU.WS xəbər verir ki, bu sözləri "Maqazin plus"a açıqlamasında mərhum meyxanaçı Aydın Xırdalanlının anası Bikə xanım deyib. Bikə xanım bildirib ki, nə o nə də həyat yoldaşı Aydının meyxanaçı olmağını istəməyiblər:
"Amma istəmirdim meyxanaçı olsun. Atası ümumiyyətlə istəmirdi. Toya gedəndə gedirdi oradan çıxardırdı. Deyirdim ki "ürəyi istəyir qoy desin". Deyirdi ki "Yox mən imkan vermərəm ki, o meyxana desin"".
Qeyd edək ki, meyxanaçı Aydın Xırdalanlı 2019-cu ilin martın 23-də vəfat edib. O uzun sürən xəstəlikdən sonra həyatını itirib.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...