Avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması qadağan edilib? - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Nəqliyyat vasitələrinin əlavə qaz yanacağı ilə istismar olunması üçün xüsusi avadanlıq quraşdırılmasının qadağan olunduğu iddia edilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi müvafiq qadağanı tətbiq edib.
Məsələ ilə bağlı idarə ilə əlaqə saxlanılıb.
İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Rövşən Tağıyev açıqlamasında bildirib ki, qurum tərəfindən sürücülərə belə bir qadağa tətbiq olunmayıb:
“Nəqliyyat vasitələrində əlavə qaz yanacağı ilə istismar olunması üçün xüsusi avadanlıq qoyulmasına heç bir məhdudiyyət yoxdur. Avadanlığın quraşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsindən nəqliyyat vasitəsinə verilmiş müayinə və qaz balonunun istismara yararlılığı haqqında sənəd, həmçinin Yol Hərəkəti Təhlükəsizliyi üzrə Elmi-Tədqiqat İnstitutunun rəyi təqdim edilməlidir”.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...