Atalar və oğullar: Daşaltı döyüşçüsünün oğlu Qubadlıda qazi oldu - VİDEOREPORTAJ

Atalar və oğullar: Daşaltı döyüşçüsünün oğlu Qubadlıda qazi oldu - VİDEOREPORTAJ
Video
Video 902

Düşmənə qan ağladan qazi yenidən cəbhəyə qayıtmaq istəyir.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Abşeron rayonundan könüllü olaraq cəbhəyə yola düşmüş Mehdiabad qəsəbə sakini Pərvin Allahquliyev Qubadlı rayonunun işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə əlindən və ayağından qəlpə yarası alaraq qazi olub.

Topçu olan qazimiz deyir ki, şəxsən özü düşmənə ağır zərbə vuraraq üçü tank olmaqla, xeyli sayda texnikasını sıradan çıxarıb və canlı qüvvəsini məhv edib.

Atalarımızın sözünə qüvvət, igidlik insana irsən ötürülür. Pərvinin atası Yadulla Allahquliyev də 1991-ci ildə Daşaltı əməliyyatında könüllü olaraq döyüşənlərdəndir. Elə vətən sevgisi, torpaq məhəbbəti də qazimizin ruhuna qanla ötürülüb.

P.Allahquliyev bildirir ki, ayağa qalxan kimi ilk işi cəbhəyə yola düşmək olacaq.

Qazimizin anası Tahirə xanım isə oğlu ilə bərabər vətən uğrunda gözünü qırpmayan bütün hərbçilərmizlə fəxr etdiyini deyir. Ailə Qubadlıda yaralanan oğlunun tezliklə sağalacağına və yenidən cəbhəyə qayıdacağına inanır.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...

24042 Sosial 16:55 06 aprel 2020

Son xəbərlər